İlyas Umaxanov “Dostluq” ordeni ilə təltif edilib

14:51 - 27 Mart 2017 - Xəbər

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İ.Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinidir.

Xəbər xətti