Hava dəyişəcək, yağış yağacaq

13:05 - 27 Mart 2017 - ÖLKƏ İÇİ

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 %  təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti,  dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər xətti