Daxili işlər orqanlarında yeni təyinatlar olub

11:26 - 27 Mart 2017 - Xəbər

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin  digər əmri ilə isə Qaradağ rayon Polis İdarəsinin rəis müavini Şəmşir Kazımov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.Apa

Xəbər xətti