Təlim zamanı tank buzun altına düşdü

11:15 - 27 Mart 2017 - HADİSƏ

Buden şəhəri yaxınlığında İsveç Silahlı Qüvvələrinə məxsus tank buzun altına düşüb. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə hərbi təlim zamanı  baş verib. Məlumata əsasən, nəticədə 4 hərbçi donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Daha bir hərbçinin itkin düşdüyü bildirilir. Hadisə yerində xilasedicilər işləyir.

Xəbər xətti