Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq

11:12 - 27 Mart 2017 - ÖLKƏ İÇİ

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatır. APA-nın xəbərinə görə, əvvəldən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, bəzi səbəblərə görə bu prosesin vaxtı martın 28-i saat 23:59-dək uzadılıb. Bu gün saat 10:00-dək magistraturaya 12 375 nəfər ərizəsini təsdiq edib, onlardan 11 189-u Azərbaycan, 1 186-sı isə Rus bölməsinin məzunlarıdır. Bu saata kimi rezidenturaya isə 1 028 nəfər ərizəsini təsdiq edib. Onlardan da  893-ü Azərbaycan, 135-i Rus bölməsinin məzunlarıdır: Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etməlidirlər. Bayram və istirahət günlərindən sonra SQK-ı 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

Xəbər xətti