Polis əməkdaşı həmkarına hücum etmiş şəxsi güllələyib

11:08 - 27 Mart 2017 - HADİSƏ

Parisdə polis əməkdaşı qayçı ilə həmkarına hücum etmiş şəxsi güllələyib. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Le Parisien" xəbər verib. Xəbərdə bildirilir ki, polislər mənzilə məişət zorakılığı ilə bağlı çağırışa gəliblər. Lakin qapı açıldıqda 50 yaşlı kişi qayçı ilə hüquq mühafizə orqanı əməkdaşlarının birinin üzərinə hücum edib və onu yaralayıb. Digər polis əməkdaşı hücum edən şəxsə atəş açıb. Asayiş keşikçisinin özünümüdafiə məqsədilə yalnız bir güllə atdığı bildirilir. Bununla belə, kişi sinəsindən aldığı yaradan dünyasını dəyişib.

Nəşrin məlumatına görə, ölən şəxs alkoqolizmdən və ruhi xəstəlikdən əziyyət çəkirmiş və məişət zorakılığına yol verirmiş.

Xəbər xətti