Bakı-Sumqayıt qatarının gecikmə səbəbi məlum oldu

10:58 - 27 Mart 2017 - Xəbər

Bakı-Sumqayıt sürət qatarının gecikmə səbəbi məlum olub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Ucnoqta.az-a verilən məlumata görə, gecikməyə qatar yolundakı elektrik xəttində yaranan problem səbəb olub: "Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir".

Xəbər xətti