Bulvarda bir nəfər özünü dənizə atıb

09:57 - 27 Mart 2017 - HADİSƏ

Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində intihar hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 21:25-də başa çatıb.
İntiharın səbəbləri hələlik məlum deyil..

Xəbər xətti