Bu gündən mazut gömrük rüsumundan azad edilib

15:18 - 26 Mart 2017 - İQTİSADİYYAT

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki,  bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Xəbər xətti