Bakıda avtomobil piyadanı vurub öldürdü

10:36 - 26 Mart 2017 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.
Bildirilir ki, 30-35 yaşlı piyada qaçaraq yolu keçməyə çalışıb və bu zaman sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. Piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti