Bu gün Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşır

10:24 - 26 Mart 2017 - İDMAN

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.
Cari mövsüm qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb.
Son dünya çempionunun Bakıya 3 xal dalınca gəlməsi şübhəsizdir. Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən  milli komandamız isə güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.


26 mart

DÇ-2018-in seçmə mərhələsi

C qrupu
 
20:00. Azərbaycan – Almaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


23:45.Şimali İrlandiya – Norveç

23:45.San Marino – Çexiya

Xəbər xətti