Xedira: “Bakıya gəzməyə yox, oyuna gəlmişəm"

18:35 - 25 Mart 2017 - İDMAN

Almaniya millisinin üzvü Sami Xedira DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mətbuat konfransından hazırlanmış müsahibəni təqdim edirik:


- Oyunla bağlı nə düşünürsən? 
- Bizim üçün vacib matçdır. Maksimum gücümüzü ortaya qoymalıyıq. Bundan öncəki matçda 2:0 hesabı ilə qalib gəlmişdik. Bu matçda da diqqətli olmalıyıq. Çalışacağıq ki, Bakıdan üç xalla ayrılaq.


- Avropa çempionatının seçmə mərhələsinə bir qədər uğursuz başlamışdız. Bu dəfə isə daha yaxşı start götürmüsüz. Seçmə mərhələlər arasında hansı fərqlər var?
- 2014-cü ildəki dünya çempionatından sonra növbəti çempionata yaxşı köklənə bilmədik. Buna səbəb bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bu mərhələdə yaxşı oyun göstərməyimiz vacibdir.


- Son dövrlər zədələrdən əziyyət çəkirdin. İndi formadasan. Milli komandada rolunu necə görürsən?
- İndiyə qədər karyeramda yaxşı vaxtlarım olub. İndi də yaxşı formadayam. Hesab edirəm ki, komandada lazımı yerim var. Üzərimə müəyyən rol düşür. Özümü millinin vacib oyunçusu hesab edirəm.


- Bakı ilə bağlı təəssüratlarınız necədir? 2009-cü ildə burda olmuşdunuz. Həmin vaxtdan bu yana nə dəyişib? 
- Komanda yoldaşlarımdan fərqli olaraq mən Bakını gəzmədim. Mən gəzməyə yox, oyuna gəlmişəm. Matça hazırlaşmalıyam.
qol.az

Xəbər xətti