İsmayıllıda 5 otaqlı ev yanıb

17:58 - 25 Mart 2017 - HADİSƏ

İsmayıllı rayonunda 5 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş xəbərə görə, rayonun Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti