Ana səhifə
25 Aprel 2018

“CinemaPlus”da Unudulmaz Ulduzlu Gecə

 “CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçirilib. 23:30-dan səhər saat  6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin nümayişi keçirilib.
“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorlar “Kino Gecə”də iştirak etmişdilər. Həmçinin “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də tədbirdə idi.
Kinoteatrda musiqi müşayiəti ilə Novruz Bayramı ab-havası var idi. Eyni zamanda furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdu.  
Tədbirin təşkilində dəstək olmuşdurlar:  dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Hillside-dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Bella Pizza, Orqanik Qida, Alfreda by Sassofono və Baltika-Baku  pivə zavodu. 
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
25 Mart 2017 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ