Almaniya milli komandası Bakıda şəhər gəzintisinə çıxıb- FOTOLAR

16:01 - 25 Mart 2017 - Xəbər

 Bakıda səfərdə olan futbol üzrə Almaniya milli komandasının üzvləri bu gün paytaxt gəzintisinə çıxıblar. Ucnoqta.az xəbər verir ki, "Report"un Almaniya Futbol İttifaqının sosial şəbəkələrdəki səhifələrinə istinadən verdiyi məlumata görə, gəzintidə qurumun rəsmiləri və Bundestimin bir neçə futbolçusu iştirak edib. Onlar bələdçinin müşayiəti ilə Şirvanşahlar Sarayı, Qız Qalası, İçəri Şəhər və digər görməli yerlərdə olublar. 

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. 


Xəbər xətti