Yük maşınını məktəblilərin üstünə sürdü: ölənlər var

11:09 - 25 Mart 2017 - DÜNYA

Çində sürücü yük maşınını ibtidai sinif şagirdlərinin üstünə sürüb. Trend-in Çin mətbuatına istinadən verdiyi məlumata görə, Quansi-Çjuan muxtar vilayətində qeydə alınan hadisə nəticəsində 3 məktəbli həlak olub.
Xəsarət alan uşaqların isə həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.
Sürücü saxlanılıb. Araşdırma aparılır.

Xəbər xətti