Qondarma "DQR"-in keçmiş "müdafiə naziri" Samvel Babayan həbs edilib

10:55 - 25 Mart 2017 - Xəbər

İrəvan məhkəməsi qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "müdafiə naziri" Samvel Babayan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə S.Babayanın vəkili Avetis Kalaşyan bildirib.
Onun sözlərinə görə, S.Babayan və daha iki şəxs "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.
Vəkil qeyd edib ki, S.Babayan özünü təqsirli bilmir, işin detalları isə bu gün açıqlanacaq.
Qeyd edək ki, S.Babayan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.  

Xəbər xətti