"Aeroflot" kök stüardessasını cəzalandırdı

11:13 - 24 Mart 2017 - DÜNYA

Moskvanın Presnenski Rayon Məhkəməsi "Aeroflot"un stüardessası Yevgeniya Maqurinanın işəgötürənə qarşı iddiasına baxmağa başlayıb.

Ucnoqta.Az virtualaz.org-a istinadən bildirir ki, iddiaya səbəb şirkətin öz əməkdaşını 52 ölçülü paltara görə qazancının bir hissəsindən məhrum etməsi olub.

İddiaçı kompensasiya kimi cavabdehdən 100 min rubl tələb edir.

Maqurinanın sözlərinə görə, onu kök olduğuna görə cəzalandıraraq uzaq xarici reyslərdən çıxarıb yerli reyslərdə Samaraya, Ufaya, Kazana uçmağa məcbur ediblər: "Əvvəl mən Amerikadan çıxmırdım, indi isə mənə Bakı və Daşkəndi göstərdilər. Nəticədə məni üç mərhələyə xeyli puldan məhrum etdilər".

Xanım Maqurinanı Şeremetyevo Stüardessalarının Həmkarlar İttifaqında da dəstəkləyirlər.

Xəbər xətti