Ana səhifə
16 Noyabr 2018

Deputatlarımız ABŞ və Strasburqa gedib

Fuad Muradov GRECO-nun iclasında, Asim Mollazadə isə Azərbaycan hökumətinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək

 

Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri  Fuad Muradov “Korrupsiya ilə Mübarizə aparan dövlətlər Qrupu”- GRECO-nun növbəti 65-ci plenar iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gedib. Oktyabrın 6-dan öz işinə başlamış bu iclas oktyabrın 10-na qədər davam edəcək.

GRECO Avropa Şurası tərəfindən 1999-cu ildə yaradılıb. Təşkilatın məqsədi Avropa Şurasına üzv ölkələrə korrupsiya ilə mübarizə sahəsində hüquqi yardım göstərməkdir. GRECO üzv dövlətlərin milli antikorrupsiya siyasətini izələyərək bununla bağlı ölkələrin qanunvericiliynə zəruri təkliflərini göndərir. Bu qurum 49 dövlətdən təşkil olunub. Azərbaycan 2004-cü ildən GRECO-nun üzvüdür.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə məqsədilə ABŞ-ın Kaliforniya ştatına gedib. Asim Mollazadə səfər zamanı deputatı olduğu Nəsimi rayonu ilə qardaşlaşmış San-Dieqo şəhərinin rəsmiləri, burada fəaliyyət göstərən yəhudi və türk icmalarının rəhbərləri ilə də görüşəcək. Millət vəkilinin San-Dieqodakı bir sıra universitetlər və fikir mərkəzlərində görüşləri də nəzərdə tutulub.

 

Elməddin

Tarix
8 Oktyabr 2014 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin