Qadınlar bu cür kişiləri bəyənmir - XARAKTERİSTİKA

19:34 - 23 Mart 2017 - MARAQLI

Kişilər qadınların bir çox  davranışlarını bəyənsələr də, bəzilərini xoşlamırlar. Qadınları da bəzi kişilərdən uzaq saxlayan məqamlar az deyil. Aile.lent.az kişilər və qadınları bir-birindən uzaqlaşdıran xoşagəlməz məqamlarla sizi də tanış edir.

 

Qadınların xoşlamadığı kişilər:

 

- Cinsi həyatından bəhs edən kişilər

 

- Saçlarına çox jele sürtən kişilər

 

- Həddən artıq adekolon və ya ətir vuran kişilər

 

- Davamlı özündən bəhs edən kişilər

 

- Qadınların onlara anaları kimi qayğı göstərməlo olduğunu düşünən, ən sadə yeməyi belə hazırlaya bilmədiyini, təmizlikdən başı çıxmadığını söyləyən kişilər

 

- Qadınların yerinə qərar verən kişilər

 

- Rədd edilməsinə baxmayaraq, davamlı inad edən kişilər

 

- Münasibətdə olduğu qadınla yersiz zarafat edən və qadının bundan xoşu gəldiyini düşünən kişilər

 

- Əvvəlki sevgilisindən bəhs etmək və hər zaman hamısını pisləmək

 

- Qazandığı pulla öyünən kişilər

 

- "Digər kişilər kimi deyiləm" yalanı

 

Kişilərin xoşlanmadığı qadınlar:

 

- 10 dənə selfie çəkib, hələ də çirkin çıxdığını söyləyən qadınlar

 

- Çətin xarakterli qadın rolunu oynayan qadınlar (çünki artıq naz aşiq usandırar)

 

- Ağıllı olmayan və ya axmaq davranan qadınlar

 

- Silikon dodaqlı və ördəksifət qadınlar

 

- Saxta sevimli səs tonları və uşaq kimi danışan qadınlar

 

- Uzun taxma dırnaqlar

 

- Bədənindən kiçik paltar geyinən qadınlar

 

- Nə demək istədiyini bilavasitə yollarla izah etməyə çalışan qadınlar

Xəbər xətti