İran vətəndaşları Bakıda ağır qəzaya düşdülər

11:40 - 23 Mart 2017 - HADİSƏ

Martın 21-də saat 15:15 radələrində Səbail rayonu, "Sədərək" Ticarət Mərkəzi dairəsinin yaxınlığında baş vermiş qəzanın təfərrüatı məlum olub.

Ucnoqta.Az avtosfer.az-a istinadən xəbər verir ki, 40 yaşlı İlyas Baldadaş oğlun Əliyevin idarə etdiyi "VAZ 2107" markalı 42 BU 837 dövlət nömrə nişanlı avtomobillə Bakı sakini, 28 yaşlı Kamal Rəşid oğlu Mehdiyevin taksi kimi idarə etdiyi və "Mercedes" markalı 10 UE 025 dövlət nömrə nişanlı avtomaşınlar toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişin, İran İslam Respublikasının vətəndaşları, 1954-cü ildə anadan olmuş Forsade Nahid Muhammed qızı döş qəfəsinin əzilməsi, qabırğasının sınığı, sağ qasıq sümüyünün sınığı ilə KTM-ə, digər sərnişin 1960-cı ildə anadan olmuş Pərvin Alabi qızı isə döş qəfəsinin küt travması, sağ çanaq sümüyünün sınığı ilə Mirqasımov adına Respublika Xəstənanasının reanimasiya şöbəsinə yerləşdirililbər.

Onların vəziyyətləri ağır kimi qiymətləndirilir.   

Xəbər xətti