Xırdalanda dəhşətli qətl: anasını baltaladı sonra intihar etdi

10:51 - 23 Mart 2017 - HADİSƏ

Xırdalan şəhərində qətl hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 20-də şəhər sakini Daşqın İbrahimov münaqişə zəminində anası Nərgiz Əliyevanı baltalayaraq qətlə yetirib. Daha sonra D. İbrahimov özünü körpüdən ataraq intihar edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti