Azərbaycan Londonda törədilmiş terror aktını pisləyir

10:45 - 23 Mart 2017 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu barədə Trend XİN-in "Twitter" səhifəsinə istinadən məlumat verir. Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır: "Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik". Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Xəbər xətti