Sumqayıt yolunda avtomobil qəzası

21:04 - 22 Mart 2017 - HADİSƏ

Bu gün günorta saatlarında Sumqayıt yolunda avtomobil qəzası baş verib.

"Ölkə.Az" xəbər verir ki, yolun 15-ci kilometrində dəhşətli yol nəqliyyat hadisəsi qeydə alınıb. Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.  Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşını cəlb edilib. Qəzaya uğrayan avtomobil götürülüb və yol açılıb.

Xəbər xətti