Azərbaycanda əqli çatışmazlığı olan 53 yaşlı kişiyə aldadılaraq su əvəzinə aseton içirdilib

20:09 - 22 Mart 2017 - HADİSƏ

Gəncə şəhər sakini kimyəvi maddədən zəhərlənib.

Ucnoqta.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini - 1964-cü il təvəllüdlü Pərviz Mütəllimov zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, əqli çatışmazlığı olan P. Mütəllimova aldadılaraq su əvəzinə aseton içirdilib və o zəhərlənib.

Faktla bağlı araşdırma gedir.

Xəbər xətti