Əmək haqqı 5,1 faiz artıb - Komitə məlumat yaydı

19:50 - 22 Mart 2017 - İQTİSADİYYAT

2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.

Ucnoqta.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 683,6 manat olub.

 
 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər xətti