Gədəbəydə yanğın olub

15:12 - 22 Mart 2017 - HADİSƏ

Gədəbəy şəhərində vətəndaşa məxsus 800 kq ot bağlamasının 600 kq, yaxınlıqda olan "UAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti