Xaçmazda 31 yaşlı kişi özünü bıçaqlayıb

13:59 - 21 Mart 2017 - HADİSƏ

Xaçmaz rayonunda 31 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Muradov Bəhruz Xanverdi oğlu özünü bıçaqlayıb.
B. Muradov bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ailə üzvlərinin verdiyi ilkin məlumata görə, B.Muradov özünü bıçaqlayıb.
Fakt araşdırılır.

Xəbər xətti