Tovuzda iki minik avtomobili toqquşub

09:55 - 19 Mart 2017 - HADİSƏ

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub. APA-nın məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.
Qəzada xəsarət alan 6 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər xətti