Masallıda ev yanıb

09:53 - 19 Mart 2017 - HADİSƏ

Masallıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Masallı rayonu, Yeddioymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti