Bakıda motosiklet qəzaya düşüb: sürücü ölüb

11:22 - 18 Mart 2017 - HADİSƏ

Bakıda motosiklet qəzaya düşüb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi “Honda” markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti