Ana səhifə
21 Sentyabr 2018

Futbolçunu bananla ağlatdılar

Rumıniyanın “Konkordiya” klubunun hücumçusu Vellinqton Karlos ölkə çempionatının 9-cu turunun “Rapida”ya qarşı oyununda ona atılan banana görə hönkür-hönkür ağlayıb. Bu barədə “Independent” xəbər yayıb. Bütün görüş boyu qonaqların azarkeşləri braziliyalının topa hər toxunuşu zamanı onu irqçi təhqirlərə məruz qoyublar.

Stadionu göz yaşları içərisində tərk edən braziliyalı futbolçu yerli KİV-ə müsahibəsində azarkeşləri “səfehlər” adlandırıb və Rumıniya Futbol Federasiyasının belə halların bir daha baş verməməsi üçün var gücü ilə səy göstərəcəyinə ümidini ifadə edib: "Baş verənlər inanılmazdır. Stadionda mənin arvadım və uşaqlarım var idi. Mən meydandan getmək istədim, mən meymun deyiləm. Bu barədə hakimə dedim, o mənə sarı vərəqə göstərdi".

Vellinqtonun müsahibəsinə “Rapida”nın baş məşqçisi Marian Rada reaksiya verib. O bildirib ki, pis oynanmış matç üçün "Konkordiya"nın hücumçusunun ağlamasına dəyərdi. Görüş 0:0 hesabı ilə başa çatıb.

 

Tarix
8 Oktyabr 2014 [13:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin