Bakı 2017 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib

17:04 - 17 Mart 2017 - Cəmiyyət

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və ASAN Könüllüləri Təşkilatının birgə tərəfdaşlığı Zirə Futbol Klubunun və Ekvita şirkətinin dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yerləşən Könüllülər Mərkəzində Bakı 2017 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib. Tədbir çərçivəsində Zirə FK-nın baş məşqçisi Ayxan Abbasov, EKVİTA şirkətinin icraçı partnyoru İlqar Mehti və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışaraq, Bakı 2017 könüllülərinə faəliyyətlərində uğurlar arzuladılar.

Tədbirin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və Bakı 2017 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirməkdir.
Qeyd edək ki, “Şəxsi inkişaf görüşlər”i çərçivəsində tədbirdə iştirak edən ilk 400 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı Zirə FK və Ekvita şirkəti tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində və Novruz bayramı münasibəti ilə hədiyyə olunub.

Xəbər xətti