Ana səhifə
19 Sentyabr 2018

Mahmud Qurbanov: "Futbolçuların şikayəti o idi ki..."

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin IV turunda Bakıda Norveçə uduzan milli komandamızın baş məşqçisi Mahmud Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Apasport.az saytının xəbərinə görə, Qurbanov məğlubiyyətə belə şərh verib.

 

- Oyundan və futbolçuların meydandakı mübarizəsindən razı qaldım. Norveç yığması göstərdi ki, müdafiədə səhvsiz oynayır. Bizim oyunçulara şans vermədilər. Çox qapalı mübarizə apardılar. Düzdü, nəticə yaxşı olmadı. Amma bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidi. 

 

- Milli legionersiz necə oynadı?

 

- Meydanda hamısı yerli oyunçular idi. Yaxşı mübarizə apardılar. Sadəcə, qol vurmaq çatmadı.

 

- Start heyətində niyə Ruslan Abışovun əvəzinə Qara Qarayevə şans vermədiz?

 

- Abışov bizimlə olan müddətdə yaxşı hazırlaşmışdı. Əvəzlənənə qədər də pis çıxış etmədi. Təcrübə baxımından ona şans verdik. Həm də neçə vaxtdı millidə idi. Bu, o demək deyil ki, Qarayev zəifdi.

 

- Cinahlardan asmalara üstünlük verməyinizin səbəbi nə idi?

 

- Norveçin qapalı oynamasına görə cinahlardan ötürmələrə üstünlük verdik. Rəqib buna imkan vermədi.

 

- Futbolçular bu məğlubiyyətə görə nədən şikayət edirdilər?

 

- Məqsədimiz o idi ki, qısa ötürmələrə və yerlə oyunla rəqibin qapısı önündə qol vəziyyətləri yaradaq. Alınmadı. Oyunçuların şikayəti o idi ki, Norveç millisi onlara oynamağa şərait yaratmadı.

 

- Əvəzetmələri niyə gec etdiniz? Azarkeşlər Vüqar Nadirovu meydana çağırırdılar. Niyə onu hücuma buraxmadınız?

 

- 3 əvəzetmənin hamısı mütləq olmalı deyildi. Belə alındı və axıra qədər belə oynadıq.

 

- Norveçin Estoniyaya qarşı oyununa baxmışdınız. Bəlkə həmin matçdakı analiz sizi aldatdı?

 

- Həmin görüşə baxmışdıq. Problem standart vəziyyətdən qol buraxmağımız idi.

 

- Elxan Məmmədov deyib ki, yerli məşqçi də yığmaya gələ bilər. Sizə təklif olarsa, hazırsınız?

 

- Bu hələlik real görünmür. Belə bir təklif olarsa, cavab verərəm.

 

 

Tarix
17 Noyabr 2014 [08:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin