Qadın küçəyə pul səpələdi - VİDEO

11:36 - 17 Mart 2017 - MARAQLI

Çində kefi pozulan qadın pulunu havaya sovurub. Ucnoqta.az-ın istipress-ə istinadən məlumatına görə, əhval-ruhiyyəsi pis olan qadın 2 min dollardan çox pulunu küçəyə atıb. Gənc qadın küçənin ortasında çantasından pulları çıxarıb və əskinasları ora-bura atmağa başlayıb. Maraqlıdır ki, küçədən keçənlər ancaq qadını izləməklə kifayətləniblər. Onlar əskinasları toplamayıblar. Pulları hadisə yerinə gələn polis yığıb. Ümumi dəyəri 2374 dollar olan pul sahibinə geri qaytarılıb. Qadın öz davranışını kefinin pis olması ilə izah edib.

 

Xəbər xətti