Minik maşını yük avtomobilinə çırpıldı – 1 ölü, 6 yaralı

11:17 - 17 Mart 2017 - HADİSƏ

Türkiyədə bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sakaryada qeydə alınıb. Belə ki, minik maşınının arxadan yük avtomobilinə çırpılması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılardan ikisinin azyaşlı olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti