Aybəniz Haşımova: "Bu nədir, bir şey olmamış, intihar edir hamı?"

16:28 - 16 Mart 2017 - ÖLKƏ İÇİ

Əzizlərim, rəhmətlik yoldaşım şəhid olanda mənim 24 yaşım vardı. Uşaq da bir yaş, səkkiz aylıq. Heç təsəvvür etməyin nələr çəkdiyimi. Əsəblərim pozuldu ağlamaqdan. Amma heç kim bilmədi”. Azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova bu gün ölkəni silkələyən gənc yazar Mövlud Mövludun intiharına və ümumiyyətlə intiharın bir çarə kimi seçilməsinə münasibət bildirərək yazıb. Tannımış müğənni qeyd edir ki, həyat yoldaşının vəfatından sonra ağır duruma düşüblər: "Evdə satmağa heç nəyim qalmamışdı, yenə də dözürdüm. Heç dərd də etmirdim bunları. Elə olurdu ki, cörək almağa günlərlə bir manatım olmurdu. Amma yenə dözürdüm və heç kimə bu haqda bir kəlmə belə demirdim. Düşünürdüm ki, hər şey yaxşı olacaq. İllər xəstəsi oldum, yenə derd etmədim bunu. Bir gün bircə ümüd yerim olan səsim də batdı ağlamaqdan. Yenə susdum, şükr etdim. Heç vaxt özümə qəsd edib uşağımı ortalıqda qoyub heç yana qaçmaq niyyətində olmadım. Bu nə təbliğatdı, bu nə biabırçılıqdı? Bir şey olmamış özlərinə qəsd edirlər. Əzizlərim, heç vaxt özünə qəsd etmək olmaz. Olmaz!

Xəbər xətti