Ana səhifə
21 Aprel 2018

“CinemaPlus Azerbaijan” kinoteatrında Ulduzlu “Kino gecəsi”

 “CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçiriləcək. 23:30-dan səhər saat  6:00-dək  qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş olunacaq. .
“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları “Kino gecə”də görmək mümkün olacaq. Həmçinin tədbirdə “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.
Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.
Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar. 
Biletin qiyməti: 25 AZN. VIP 40 AZN
Əlavə məlumat: 012 499 89 88 və ya 119
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
16 Mart 2017 [16:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ