Zibillikdə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatıb

11:09 - 16 Mart 2017 - HADİSƏ

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində zibillik ərazidə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə yerli hökumətə istinadən BBC məlumat yayıb. Nəşr yazır ki, axtarış işləri davam etdirilir. İnsident zamanı hadisə yerində təqribən 150 nəfər olub. Zibillik poliqonunda tikilən gecəqondularda onlarla insan yaşayırmış. Sürüşmə martın 12-də baş verib. İlk əvvəl 62 nəfərin öldüyü bildirilirdi.

Xəbər xətti