"Eurovision" müsabiqəsinin rəsmi açılışı mayın 7-də keçiriləcək

10:17 - 15 Mart 2017 - MAQAZİN

 Kiyevdə bu il "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin görüşü keçirilib.
"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri ölkənin çıxış edəcəyi mahnının yekun versiyasını təqdim edib.
Görüşdə müsabiqə zamanı açılan ənənəvi Avropa kəndi (Euro Village) Kreşatik küçəsində fəaliyyət göstərəcək.
Müsabiqənin rəsmi açılışı isə mayın 7-də Kiyevdəki Mariinski sarayında keçiriləcək.
Xatırladaq ki, müsabiqə 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycanı yarışmada "Skeletons" (Skeletlər) mahnısı ilə DiHaj (Diana Hacıyeva) təmsil edəcək.

Xəbər xətti