Ana səhifə
17 Noyabr 2018

Əhalinin gəlirləri 4,1 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib.



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb./Publika.az/

Tarix
16 Noyabr 2014 [20:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin