Bugünkü hərracda dollar ucuzlaşıb

14:43 - 14 Mart 2017 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb.
Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7437 səviyyəsində müəyyən edib. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,91% bahalaşıb.

Xəbər xətti