Nazir: Niderlanda qarşı sanksiyalar tətbiq edəcəyik

16:31 - 13 Mart 2017 - DÜNYA

Rəsmi Ankara davam edən diplomatik qalmaqal fonunda şübhəsiz ki, Niderlanda qarşı sanksiyalar tətbiq edəcək. Trend-in məlumatına görə, bunu öz açıqlamasında Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik deyib. Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.
Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə iki nota ünvanlayıb.

Xəbər xətti