Paytaxtın mərkəzi prospektində yol çökdü - Marşrut avtobusu çalaya düşdü

15:57 - 13 Mart 2017 - HADİSƏ

Paytaxtın Azadlıq prospektində yol çöküb. Ucnoqta.az xəbər verir ki, "Qaynar"a bu barədə məlumatı hadisə şahidləri veriblər. Nəsimi bazarı yaxınlığında hərəkət edən marşrut avtobusunun arxa təkəri yolun çökən hissəsinə düşüb. Təşvişə düşən sərnişinlər avtobusdan düşüblər.

Hazırda həmin ərazidə uzun tıxac yaranıb. 

Xəbər xətti