Bakıda evində öldürülən şəxsin qatili tutulub

12:46 - 13 Mart 2017 - HADİSƏ

Fevralın 5-də Bakıda evində meyiti tapılan şəxsin qatili müəyyən edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Xəbər xətti