Ana səhifə
19 Sentyabr 2018

İnsan alveri qurbanlarına yardım edilib

İctimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb 

Bu ilin ilk doqquz ayında 41 nəfər insan alveri qurbanına və 39 nəfər potensial insan alveri qurbanına müvafiq yardımlar göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yardım Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən həyata keçirilib. Həmin şəxslərin bir çoxu eyni vaxtda bir neçə növ yardımla təmin edilib.
Yardım göstərilən şəxslərdən 5 nəfərinin ailələrinə  ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 18 nəfərinin məşğulluğunun təmin olunması, 6 nəfərinin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə göndərilib. Bundan başqa 1 nəfərə əlil arabasının verilməsi üçün nazirliyin müvafiq şöbəsinə, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün İcra Hakimiyyətinə müraciət edilib. Eyni zamanda, 3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib. Bir nəfər zərərçəkmişin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib, həmçinin 2 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün işlər aparılıb. 
Digər insan alveri qurbanları və potensial insan alveri qurbanlarına da aidiyyatı üzrə köməkliklərin göstərilməsi təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb. 

 

Xalid

Tarix
8 Oktyabr 2014 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin