Qazaxda iki maşın toqquşdu: ər və arvad yaralanıb

11:24 - 12 Mart 2017 - HADİSƏ

 Qazax rayonunda 2 avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbəyli yolunda baş verib.
Qazax rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Yaşar Nəzər oğlunun idarə etdiyi "Oka" markalı avtomobil ilə "VAZ-21015"in toqquşması nəticəsində birinci maşının sürücüsü və həyat yoldaşı olan sərnişini, 1972-ci il təvəllüdlü Əbdülrəhmanova Elmira Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra sürücünün vəziyyətinin orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal olduğu bildirilir. Digər avtomobildə xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti