Şabranda evdə yanğın olub

08:51 - 11 Mart 2017 - HADİSƏ

Şabran rayonu Mumlu kəndində, vətəndaşa məxsus ümumi sahəsi 176 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 10 m2 sahədə və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytındaverilmiş məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti