Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir

18:02 - 10 Mart 2017 - KİVDF

Bu onu göstərir ki, Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, tolerant, etnik və dini müxtəliflik məkanı olub

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir.  Azərbaycan Respublikasının Prezidenti deyib: "Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik". Bu onu göstərir ki, Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, tolerant, etnik və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Bu gün də Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibət mövcud olub. Bu münasibət qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır. "Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyada nümunə kimi qəbul olunur",- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Bunlar onu göstərir ki, Azərbaycanda müxtəlif millətlərə, dinlərə. ənənələrə məxsus insanlar arasında tarixən mehriban münasibətlər mövcud olub. Müstəqillik illərində bu ənənələrin daha da gücləndirilməsi müasir Azərbaycanın  ən böyük naliyyətlərindən biri kimi diqqət mərkəzində olub ki, bu gün ölkəmizdə mövcud olan tolerantlıq, multikulturalizm fərqli mədəniyyətlərin yanaşı və ya birgə yaşayış tərzidir və azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şərait yaradılıb. Etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər ön planda olub. Azərbaycanın çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkə olması, milli siyasətin müxtəlif millət, etnik qrup və dini azlıqların dinc yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilməsi, konstitusiyada da təsbit olunub: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da ölkəmizdə mövcud olan tolerant mühiti gündəlik həyat tərzimiz kimi qiymətləndirib. Leyla Əliyeva deyib: "Dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyildir. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir.
Zərdüştlük Azərbaycanda yaranıb. Böyük yəhudi icmaları eramızdan əvvəl VII-V əsrlərdə torpaqlarımızda məskunlaşıblar. Azərbaycanda  yəhudiliyin 2400 il tarixi var. IV əsrdə xristianlıq dövlət dini olub. Bundan sonra isə VIII əsrdən başlayaraq Azərbaycanda İslam dini yayılıb.
Bu gün Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Bununla yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları, eyni zamanda, demək olar ki, bütün etiqadları təmsil edən daha kiçik icmalar da mövcuddur. Siz Azərbaycanda məscidləri, kilsələri, sinaqoqları və digər dini ibadətgahları yanaşı görə bilərsiniz. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Azərbaycan onları özünkülərə, yadlara ayırmayıb və hamıya eyni qayğı. məhəbbətlə yanaşıb. Buradakı dindarlar heç bir təqibdən qorxmayaraq öz dinlərinə sitayiş edirlər". 
Leyla Əliyeva bildirib ki, xristianlar, müsəlmanlar və yəhudilər bu qədim diyarı öz Vətəni sayıblar. Bu onu göstərir ki, Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığı, onların nadir Azərbaycan mədəniyyətinin formalaşmasına töhfə verib və tolertantlıq Azərbaycan milli kimliyinin tərkib hissəsi olub. Deməli, tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. 
Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəklməsi də onun tolerantlığından irəli gəlir. Onun sözlərinə görə,  tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Bu gün də Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Artıq bir neçə ildir  ölkəmizdə dünyanın hər yerindən qonaqların bir araya gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə idman yarışları, elmi diskussiyalar, yaradıcılıq tədbirləri keçirilir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Azərbaycanda – bu qədim torpaqda həmişə  müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşayıblar. 
Göründüyü kimi, tolerantlıq düşüncə tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyətlərin birgəyaşayışıdır. Tolerantlıq ayrıca bir dövlətin deyil, artıq bütün dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb edib. Tolerantlıq həm də bu gün hər bir ölkənin demokratiklik səviyyəsini müəyyən edən amillərdən birinə çevrilib. Bu gün  Azərbaycanın tərəqqisinə, həyatın bütün sahələrində inkişafına rəvac verən məqamlar sırasında ölkəmizdə hökm sürən tolerantlıq, multikultural mühit və dini-mənəvi irsə ehtiramın böyük rolu var.  

Xəbər xətti