Leninin büstü və SSRİ bayrağı oğurlandı

17:28 - 9 Mart 2017 - HADİSƏ

İtaliya Kommunist Partiyasının Livorno şəhəri üzrə bölməsi qarət edilib. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda partiyanın xəbərində deyilir. Soyğunçular Vladimir İliç Leninin büstü, üzərində oraqla çəkic təsvirinin olduğunu bayraq və digər predmetləri aparıblar. Qeyd edilir ki, partiyanın regional bölməsi LQBT-nin (lezbiyan, gey, biseksual və transgender) iki təşkilatının olduğu binada yerləşir. “Bütün oğurlanmış predmetlərdən Leninin metal büstü və üzərində oraqla çəkic təsvirinin olduğu bayraq xüsusi təəssüf doğurur”, - partiyadan bildirilib. Yerli KİV qeyd edir ki, cinayətkarlar qiymətli əşyalar, o cümlədən kassadan pul götürməyiblər. 

Xəbər xətti